Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “İbtidai sinif müəllimliyi” ixtisasının 4-cü tədris ili tələbələri öz istedad və qabiliyyətlərini, bacarıqlarını əyani şəkildə göstərməyə imkan verən əl işlərindən ibarət sərgi təşkil ediblər. Sərginin ərsəyə gəlməsində filialın Ümumelmi fənlər kafedrasının Texnologiya fənnini tədris edən baş müəllimi, Əməkdar müəllim Sevil İbrahimovanın böyük rolu olub. Tələbələr kağız və karton, parça, plastik kütlə, taxta və başqa təbiət materiallarından, müxtəlif tikmə üsullarından istifadə edərək çox maraqlı əl işləri hazırlayıblar. Tələbələrin bu yaradıcılıqları və bacarıqları “Sehrli əllər” adlı sərgi ilə nümayiş olunub. Filialda təşkil olan sərgi böyük marağa səbəb olub.





001002003
fondeduadpubir

VKkj