- Details
- Dərc edilib: 13 Dekabr 2024
- Oxunma sayı: 1630
Dekabrın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən Debat klubu tərəfindən Ümumilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib. Tədbirin açılışında TGT sədri Xədicə Abdurahmanlı Heydər Əliyevin Azərbaycan xalqı üçün gördüyü işlərdən bəhs edib, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu kimi xalqın yaddaşında əbədi yaşayacağını vurğulayıb və gənclərin Heydər Əliyevin ideya-nəzəri irsini öyrənməyinin vacibliyini diqqətə çatdıraraq, tədbirin təşkilinin də məhz bu məqsədə xidmət etdiyini bildirib. Sonra Debat klubunun sədri Heydər Əliyevin Azərbaycan irsinə vermiş olduğu töhfələr, onların əhəmiyyətindən danışıb, debatın gənclərin könüllü fəaliyyətində rolu barəsində məlumat verib. Tədbirin gedişində hazırlanmış “Şou-debat” tələbələrə təqdim edilib və müzakirələr aparılıb.