9-11 dekabr tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Yaradıcı gənclər” İctimai Birliyi tərəfindən “Yaşıl düşüncə - tullantıdan sənətə” adlı layihə həyata keçirilib. Layihənin ilk 2 günündə layihə iştirakçı olan 30 gəncə təlimçi (sənətkar) Zahid Vələdov tərəfindən təlim (master klass) keçirilib. İlk olaraq layihə rəhbəri Nicat Abdulxalıqov iştirakçılara layihənin məqsədi, təşkilatın fəaliyyəti haqqında məlumat verib. Daha sonra təlimçi Zahid Vələdov çıxış edərək gənclərə müxtəlif tullantılardan hazırlanmış və ya hazırlanmasında tullantılardan da istifadə olunan sənət nümunələri - əl işləri haqqında məlumat verib. Bir neçə əl işini və onların hazırlanma prosesini əyani şəkildə layihə istirakçılarına nümayiş etdirib. Bir neçə əl işinin hazırlanmasında iştirakçılar da iştirak ediblər.
Layihənin son günündə gənclərin əl işlərindən ibarət sərgi təşkil edilib. Sərgidə 30-dan çox gəncin əl işləri nümayiş olunub. Sərgidə iştirak edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbə və məzunları, Kiş kənd orta məktəbi, Oxud kənd orta məktəbinin şagirdləri və “ASAN xidmət” mərkəzinin gənc əməkdaşı sərgiyə gələn ziyarətçilərə öz əl işləri haqqında məlumat verib. ADPU-nun Şəki filialının direktoru dos.Vurğun Məmmədov, Azərbaycan Gənclər Fondunun əməkdaşı Elmir Həşimli də sərgi iştirakçılarının əl işləri ilə tanış olublar. Sonda iştirakçılara sertifikatlar təqdim edilib.





001002003
fondeduadpubir

VKkj