Dekabrın 12-də Ulu Öndər Heydər Əliyevin vəfatının 21-ci ildönümü qeyd olunub. Dünya şöhrətli siyasi xadim, xalqın böyük oğlu Heydər Əliyevin əziz xatirəsi ölkəmizin hər yerində olduğu kimi, Şəkidə də dərin hörmət və ehtiramla anılıb. Bu gün səhər saatlarında Ulu Öndər Heydər Əliyevin vəfatının iyirmi birinci ildönümü ilə əlaqədar şəhər rəhbərliyi, hüquq mühafizə orqanları, müharibə veteranları, ictimaiyyət nümayəndələri Ulu Öndərin Şəkidə - Heydər Əliyev Mərkəzinin qarşısındakı abidəsini ziyarət edib və gül dəstələri düzərək xatirəsini böyük hörmət və ehtiramla yad ediblər. Anım günündə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının rəhbərliyi və professor-müəllim heyəti də iştirak edib.





001002003
fondeduadpubir

VKkj