- Details
- Dərc edilib: 09 Yanvar 2025
- Oxunma sayı: 485
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında 2024-2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb. Filialın direktoru tarix üzrə fəlsəfə doktoru dosent Vurğun Məmmədov imtahan keçirilən auditoriyalarda olub və imtahanların gedişi, tələbələrin imtahan sessiyasının təşkili ilə bağlı rəyləri ilə maraqlanıb. Tələbələr imtahan sessiyasının yüksək səviyyədə təşkil edildiyini və yaradılan səraitdən razı olduqlarını bildiriblər.
Filialda imtahan sessiyasının obyektiv təşkili məqsədilə direktorun müvafiq əmrlərinə əsasən yaradılan İmtahan komissiyası, Apellyasiya komissiyası və İmtahan qərargahı səhər saat 8:30-dan 18:30-dək fəaliyyət göstərir. Komissiyalar və İmtahan qərargahı üçün avadanlıqlarla və telefonla təchiz edilmiş otaqlar ayrılıb, komissiyaların normal fəaliyyəti üçün şərait yaradılıb, həmçinin tələbələrə komissiyaların və qərargahın fəaliyyəti ilə bağlı məlumat verilib.
Qeyd edək ki, filialda imtahan sessiyası fevral ayının 1-dək davam edəcək və imtahanlarda bakalavriat səviyyəsi üzrə müxtəlif ixtisaslarda təhsil alan 1056 tələbənin iştirakı nəzərdə tutulur.