- Details
- Dərc edilib: 11 Mart 2025
- Oxunma sayı: 119
Martın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Əlvan yumurtaların Novruz sevinci” adlı sərgi təşkil edilib. Sərginin təşkil olunmasında əsas məqsəd milli bayramımız olan Novruzun təbliği, “Məktəbəqədər təhsil” ixtisasının tələbələrinin yaradıcılıq işlərinin və bacarıqlarının nümayiş etdirilməsi olub. Açılış zamanı filialın Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri baş müəllim Səadət Feyzullayeva və Karyera mərkəzinin müdiri Xuraman Həmidova sərgi və onun təşkilinin məqsədi barədə məlumat veriblər. Sərgi xüsusi maraqla qarşılanıb. Qeyd edək kimi, sərgidə tələbələrin 100-dən çox əl işi nümayiş olunub.