- Details
- Dərc edilib: 12 Mart 2025
- Oxunma sayı: 20
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının bakalavriat səviyyəsi üzrə mövcud ixtisaslarının buraxılış kurslarının tələbələri 17 fevral 2025-ci ildən etibarən təcrübəyə başlayıblar. Filialın “Sosial iş” ixtisasının IV tədris ili tələbələrinin istehsalat təcrübəsi də uğurla davam edir. Onların təcrübəsi Şəkidə “ASAN xidmət” mərkəzində həyata keçirilir.
Tələbələr mərkəzin müxtəlif şöbə və bölmələrinin işi ilə tanış olur, işgüzar sənədlər, onların hazırlanması, sosial münasibətlər, vətəndaşlara xidmət və s. kimi məsələlər üzrə bacarıqlara yiyələnir, işgüzarlıq, təşkilatçılıq və birgə çalışmaq vərdişlərini inkişaf etdirmək üçün mütərəqqi iş üsul və vasitələri ilə yaxından tanış olurlar.