- Details
- Dərc edilib: 06 May 2025
- Oxunma sayı: 38
Tələbələrarası Azərbaycan kuboku-2025" yarışmasının lll turu keçirilib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Karyera mərkəzinin təşkilatçılığı ilə "Nə? Harada? Nə zaman?" formatında "Tələbələrarası Azərbaycan kuboku-2025" yarışmasının III turu keçirilib.
Yarışmada filialda müxtəlif ixtisaslarda təhsil alan 69 nəfər tələbədən ibarət 12 komanda iştirak edib. Yarış filialın Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THIK) sədri baş müəllim Günel Əliyeva və Tələbə Gənclər Təşkilatının (TGT) sədri Xədicə Abdurahmanlının rəhbərliyi ilə təşkil edilib. Yarışın nəticəsinə görə, "Gladio" komandası yüksək xal toplayaraq yarışın qalibi olub.
Qeyd edək ki, "Nə? Harada? Nə zaman?" formatında "Tələbələrarası Azərbaycan kuboku-2025" yarışmasına
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Xəzər Intellektual Gənclər Klubu və Tələbə Həmkarlar İtifaqı Komitəsinin (ADPU THIK) təşkilatçılığı ilə mart ayından start verilib.