- Details
- Dərc edilib: 23 Sentyabr 2025
- Oxunma sayı: 1595
Sentyabrın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının Karyera mərkəzinin iştirakı ilə Tələbə Gənclər Təşkilatının (TGT) idarə heyətinin iclası keçirilib. İclası Karyera mərkəzinin müdiri Xuraman Həmidova açaraq, yeni tədris ilinin başlanması münasibətilə tələbələri təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. TGT-nin sədri Xədicə Abdurahmanlı çıxış edərək, yeni tədris ilində təşkilatın qarşısında duran vəzifələrdən danışıb, nəzərdə tutulmuş iş planı gözdən keçirilib, hesabat-seçki yığıncağına hazırlıqla bağlı məqamlara toxunulub. Heyət üzvləri öz fikir və təkliflərini səsləndiriblər. İclasda bir sıra məsələlər müzakirə edilib.













