- Details
- Dərc edilib: 22 Oktyabr 2026
- Oxunma sayı: 55
Oktyabrın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyevin YAP-ın VIII qurultayındakı nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş iclas keçirilib.
İclasda filialın rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, qurultay nümayəndəsi və partiya üzvləri iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə filialın direktoru, dosent Vurğun Məmmədov, YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, Ümumelmi fənlər kafedrasının müdiri, dosent Sədrəddin Bədiyev, filialın baş müəllimi Tahir Məhərrəmov, qurultay nümayəndəsi Niymət Yusibov və Tarix müəllimliyi ixtisasının IV tədris ili tələbəsi Yavər Əhmədli çıxış ediblər.
Çıxışlarda Prezident İlham Əliyevin qurultaydakı nitqindən irəli gələn əsas vəzifələr, Azərbaycanın strateji hədəfləri, dövlət siyasətinin həyata keçirilməsində YAP-ın rolu və ideoloji işin səmərəliliyinin artırılması məsələləri diqqətə çatdırılıb. Ölkəmizin davamlı inkişafı, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması istiqamətində qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.
