14 noyabr 2022-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edimiş "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq, məişət zorakılığı ilə mübarizəyə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Anar Məmmədov, filialın müəllim və tələbələri iştirak ediblər. Əvvəlcə, tələbələrə məişət zorakılığı ilə bağlı geniş məlumat verilib, uşaqlara qarşı zorakılıq hallarının aradan qaldırılması üçün və erkən nikahlara qarşı həyata keçirilən mübarizə tədbirlərindən bəhs olunub. Sonra mövzu ətrafında tələbələri maraqlandıran suallar cavablandırılıb, onlara məişət zorakılığı ilə mübarizəyə dair hazırlanmış informasiya bülletenləri paylanılıb. Sonda məişət zorakılığının yayılma səviyyəsinin və onu törədən səbəblərin monitorinqi məqsədilə sorğular keçirilib.