ADPU-nun Şəki filialında 2022-2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası uğurla davam edir. İmtahanlar yazılı şəkildə keçirilir və nəticələr vaxtında yoxlanılaraq, tələbələr məlumatlandırılır. Filialın direktoru dos. Rafiq Rasulov imtahan keçirilən auditoriyalarda olub, imtahan prosesinin gedişini izləyib, tələbələrin sessiyanın təşkili ilə bağlı fikirləri ilə maraqlanıb. Filialda yanvar ayının 5-dən başlayan imtahan sessiyasına hazırlıq işləri vaxtında görülüb, auditoriyalar təşkil olunub, normativ sənədlər hazırlanıb. Filialın Elmi Şurasının 26 dekabr 2022-ci il tarixli iclasında hazırlığın vəziyyəti müzakirə edilərək müvafiq qərar qəbul edilib. İmtahan sessiyasının normal təşkili və imtahanlarda obyektivliyin, şəffaflığın təmin olunması məqsədilə direktorun müvafiq əmrinə əsasən, İctimai Şura, İmtahan qərargahı, Apellyasiya komissiyası, İmtahan komissiyası yaradılıb.
Qeyd edək ki, filialda imtahanlar fevral ayının 1-dək davam edəcək.