15 iyul 2021-ci il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının 2020-2021-ci tədris ilinin sonuncu genişləndirilmiş Elmi Şura iclası keçirilib. İclasda ADPU-nun Şəki filialının 23 nəfər Elmi Şura üzvündən 20 nəfəri və dəvət olunmuş filial əməkdaşları iştirak edib.
Elmi Şuranın sədri, ADPU-nun Şəki filialının direktoru, riyaziyyat üzrə elmlər doktoru, dosent R.A. Rasulov Elmi Şura üzvlərini və filial əməkdaşlarını salamladıqdan və ADPU-nun 27 may və 9 iyul.tarixli Elmi Şura iclaslarının qəbul etdiyi qərarlardan irəli gələn vəzifələri Şura üzvlərinin və iclas iştirakçılarının diqqətinə çatdırdıqdan sonra Elmi Şuranın müzakirəyə çıxaracağı iclas gündəliyi ilə iştirakçıları tanış edib.
Elmi Şurada filialın direktoru, riyaziyyat üzrə elmlər doktoru dosent Rafiq Rasulov “Filialın 2020-2021-ci tədris ili üzrə illik hesabatı və yeni dərs ilində qarşıda duran vəzifələr”, filialın tədris işləri üzrə direktor müavini, dosent Gulara Abdullayeva “2020-2021-ci tədris ilinin yaz imtahan sessiyasının nəticələri”, Filialın Filologiya və Pedaqoji fakültələrinin dekanları - dosent Ulduz Mürşüdova və baş müəllim, filologiya üzrə fəlsəfə doktoru Xalidə Abdullayeva dekanlıqların tədris ilinin yekunları haqqında hesabatlarla çıxış etmişlər.
Qeyd olunmuşdur ki, 2020-2021-ci tədris ilində filialda 8 ixtisas üzrə 895 nəfər tələbə təhsil almış, cari ildə 215 nəfər tələbə bakalavr təhsilini başa vuraraq respublikamızın və xarici ölkələrin nüfuzlu ali məktəblərinin magistraturalarına sənəd vermiş, 33 nəfər məzundan 22 nəfəri magistratura təhsili almaq hüququ qazanmışlar.
Elmi Şurada həmçinin ADPU-nun Şəki filialının bölmə və struktur rəhbərlərinin illik hesabatları dinlənilmiş, filialın “Tələbə və tədrisin idarə olunması şöbəsi”nin müdiri, baş müəllim Yeganə Rəhimova “Tədrislə bağlı sənədlərin yekunlaşdırılması və tədris şöbəsinin işi haqqında” Şura üzvlərinə məlumat vermişdir.
Gündəliyə çıxarılmış məsələlər Elmi Şura üzvləri tərəfindən geniş müzakirə edildikdən sonra yekdil qərarlar qəbul edilmişdir.





001002003
fondeduadpubir

VKkj