- Details
- Dərc edilib: 18 Sentyabr 2026
- Oxunma sayı: 227
Sentyabrın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Tələbə Gənclər Təşkilatının (TGT) idarə heyətinin iclası keçirilib.
İclasda filialın tədris işləri üzrə direktor müavini, dosent Gülarə Abdullayeva və Karyera mərkəzinin müdiri Xuraman Həmidova iştirak ediblər.
İclası giriş sözü ilə Xuraman Həmidova açaraq, yeni tədris ilinin başlanması münasibətilə tələbələri təbrik edib, TGT-nin fəaliyyəti, qarşıda duran əsas vəzifələr, yeni seçkilərə hazırlıq və təşkilati məsələlər barədə məlumat verib.
Sonra filialın tədris işləri üzrə direktor müavini, dosent Gülarə Abdullayeva çıxış edərək yeni tədris ilində TGT-nin qarşısında duran vəzifələrdən danışıb. O, təşkilatın nəzərdə tutulmuş iş planını nəzərdən keçirərək qarşıdakı dövrdə həyata keçirilməsi planlaşdırılan tədbirlər və fəaliyyət istiqamətləri barədə fikirlərini bildirib.
TGT-nin sədri təhsilini başa vuraraq məzun olduğu üçün yeni sədr seçkisi ilə bağlı hesabat-seçki yığıncağına hazırlıq və digər təşkilati məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İdarə Heyətinin üzvləri müzakirə olunan məsələlərlə bağlı öz fikirlərini səsləndirib, qarşıdakı fəaliyyətin daha səmərəli təşkili istiqamətində təkliflərini bölüşüblər. İclasda bir sıra təşkilati məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
Sonda TGT-nin idarə heyətinin üzvlərinin filialın direktoru, dosent Vurğun Məmmədovla görüşü keçirilib. Görüş zamanı dosent Vurğun Məmmədov tələbə gənclərə ictimai və təşkilati fəaliyyətdə uğurlar arzulayıb və qarşıdakı dövrdə fəaliyyətlərinin daha da uğurlu olacağına inamını ifadə edib.
