Yanvarın 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının Elmi Şurasının iclası keçirilib. İclası Elmi Şuranın sədri, ADPU-nun Şəki filialının direktoru dosent Vurğun Məmmədov açaraq, Elmi Şura üzvlərini salamladıqdan və filialın elmi-pedaqoji həyatı ilə bağlı bir sıra məsələləri Şura üzvlərinin diqqətinə çatdırdıqdan sonra iclasın gündəliyində müzakirəyə çıxarılacaq məsələlərlə bağlı məlumat verib. Sonra söz filialın tədris işləri üzrə direktor müavini dosent Gülarə Abdullayevaya verilib.
Dosent Gülarə Abdullayeva “Filialın “Məktəbəqədər təhsil” ixtisasında 2025-ci ilin may ayında keçiriləcək proqram akkreditasiyası ilə bağlı Təşkilat komissiyasının yaradılması” adlı birinci məsələ haqqında Şura üzvlərinə məlumat verərək qarşıda duran vəzifələr, görüləcək işlərdən bəhs edib. Akkreditasiyaya hazırlıq məqsədilə yaradılacaq Təşkilat komissiyasının tərkibi müzakirə edilib, struktur və bölmə rəhbərlərinin, əməkdaşların, həmçinin Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən təqdim olunmuş məktəbəqədər tərbiyə müəssisəsinin nümayəndəsinin daxil edildiyi tərkib açıq səsvermə yolu ilə təsdiq edilib.
Elmi Şurada həmçinin fənn sillabuslarının hazırlanmasına dair təlimat layihəsi də müzakirə edilib və Elmi Şura üzvləri öz təkliflərini səsləndiriblər. Müzakirə edilən hər iki məsələyə dair müvafiq qərar qəbul edilib.