Yanvarın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Keyfiyyət komissiyasının iclası keçirilib. İsclasda müzakirə olunan əsas məsələ yanvarın 21-də filialın elektron emailinə daxil olan və Məktəbəqədər təhsil ixtisasının təhsil proqramı üzrə keçirilməsi nəzərdə tutulan akkreditasiya prosesi ilə bağlı olub. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 30 sentyabr 2022-ci il tarixli KQ-05 nömrəli Qərarı ilə ali təhsil müəssisəsinin institusional və proqram akkreditasiyası üzrə qiymətləndirmə meyarları təsdiq edilib. Eyni zamanda, 2025-ci təqvim ilində “Ali təhsil müəssisələrinin proqram akkreditasiyası”nın keçirilməsinə dair Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən təsdiq edilən qrafikə əsasən 2025-ci ilin may ayında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının Məktəbəqədər Təhsil təhsil proqramı üzrə (mövcud olan bütün dillərində və təhsil səviyyələrində) proqram akkreditasiyası nəzərdə tutulub.
Iclasda filialın rəhbərliyi və Keyfiyyət komissiyasının üzvləri iştirak ediblər. Komissiyanın sədri filialın tədris işləri üzrə direktor müavini dosent Gülarə Abdullayeva proseslə bağlı ümumi məlumat verib və bildirib ki, akkreditasiya üçün lazım olan sənədlərin hazırlanmasına vaxtında başlanılmalı, sənədlər 3 ay müddətində agentliyə təqdim olunmalıdır. Proqram akkreditasiyasının həyata keçirilməsi üçün ilk öncə təşkilat komssiyasının təşkili və tərkibi müzakirə olunub, maraqlı tərəf kimi məktəbəqədər müəssisə rəhbərlərindən birinin komissiya üzvü kimi dəvət olunması məqsədilə filialın İnsan resursları və ümumi şöbəsinin müdiri Gülnar Kərimovaya Regional Təhsil idarəsinə rəhbərlik adından məktub ünvanlanması tapşırılıb.Filialın Keyfiyyətin təminatı şöbəsinin müdiri Nərminə Nəsrullayeva agentlik tərəfindən göndəriləın sənədləri və cədvəlləri komissiya üzvlərinə təqdim etib, eləcə də hər bir strukturun hazırlamalı olduğu sənədlərin siyahısını açıqlayıb. Təşkilat komissiyasının tərkibinin filialın Elmi Şurasında təsdiq olunması nəzətrdə tutulub.