- Details
- Dərc edilib: 03 Dekabr 2025
- Oxunma sayı: 66
Dekabrın 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Səki filialının və onun strukturlarının rəhbərləri, müəllim və tələbələri Şəki şəhərində Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər. Məqsəd Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin, ideya-nəzəri irsinin öyrənilməsi olub. Əvvəlcə mərkəzdə Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən foto-materiallara baxış keçirilib. Sonra “Heydər Əliyev və gənclik siyasəti” mövzusunda mühazirə dinlənilib. Sonda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
