- Details
- Dərc edilib: 15 Dekabr 2025
- Oxunma sayı: 179
Dekabrın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “İnklüziv təhsilin elmi-nəzəri və praktik əsasları: müasir yanaşmalar, beynəlxalq təcrübə və tətbiq perspektivləri” mövzusunda maarifləndirici təlim keçirilib.
İnklüziv təhsil mərkəzinin rəhbəri, Humanitar fənlər kafedrasının baş müəllimi Rasimə Bəkirova tərəfindən təşkil olunmuş təlimdə filialın müxtəlif ixtisaslarında təhsil alan I tədris ili tələbələri iştirak ediblər. Təlimdə inklüziv təhsilin mahiyyəti, əsas prinsipləri, beynəlxalq praktikada tətbiqi və bu sahədəki çağırışlar müzakirə olunub, filialın tələbələri arasında aparılmış interaktiv sorğular və videoçarxlar vasitəsilə mövzu daha da zənginləşdirilib.
Təlim zamanı inklüziv təhsilin tarixi inkişaf mərhələləri, müasir dünya təcrübəsində uğurlu tətbiq modelləri, Azərbaycanda mövcud hüquqi-normativ baza və strateji hədəflər, xüsusi təhsil ehtiyaclı uşaqlarla effektiv ünsiyyət və müəllimin rolu kimi mühüm mövzular ətraflı izah edilib.
Tədbirin sonunda iştirakçılarla xatirə şəkli çəkilib.
