30 yanvar 2021-ci ildə ADPU-nun Şəki filialının növbəti elmi-metodik vebinarı keçirilib. Microsoft Teams platforması üzərindən təşkil olunan vebinar tələbə elmi tədqiqat işlərinin müzakirəsinə, onların təşkilinə verilən tələblərə həsr olunub.Vebinarda filialın bir qrup professor-müəllim heyəti və müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr iştirak ediblər. 75 nəfərin iştirakı ilə keçirilən vebinarda filialın Təbiət fənləri və onların tədrisi metodikası kafedrasının müdiri, ped.ü.e.d., prof. Firədun İbrahimov, elmi işlər üzrə direktor müavini, dos. Nuralı Çələbiyev, Tələbə Elmi Cəmiyyətinin sədri, baş müəllim Səadət Feyzullayeva müxtəlif mövzularda çıxış ediblər. Dos. Nuralı Çələbiyev öz çıxışında ali məktəb tələbələrinin elmi tədqiqat işlərinin elmi-metodik məsələləri haqqında ətraflı məlumat verib. Təbiət fənləri və onların tədrisi kafedrasının müdiri, prof. Firədun İbrahimov çıxış edərək, öz tövsiyələrini verib və TEC-in fəaliyyətinin yaxşılaşdırılması istiqamətində təkliflər irəli sürüb. TEC-in sədri b.m.Səadət Feyzullayeva tələbə elmi tədqiqat işlərinin təqdimatlarına verilən tələblər haqqında slayd nümayiş etdirərək əhatəli məlumat verib.
Filialın məzunu, hazırda İtaliyanın Paviya universitetində magistraturada təhsilini davam etdirən Nadir Abbaslı çıxış edərək filialda təhsil aldığı müddətdə yerinə yetirdiyi elmi tədqiqat işlərinin ona faydasından söz açıb və müəllimlərinə təşəkkürünü bildirib.
Vebinarın sonunda filialın tədris işləri üzrə direktor müavini, dos. Gülarə Abdullayeva çıxış edərək, vebinarın təşkilatçılarına və çıxış edən müəllimlərə təşəkkürünü bildirib, tələbələrə elmi araşdırmalarında uğurlar arzulayıb.