ADPU-nun Şəki filialının yaradılmasının 30 illiyi münasibətilə tələbələr arasında keçirilmiş “Rəngli dünyam” adlı rəsm müsabiqəsinə yekun vurulub. Müsabiqənın qalibləri l, ll, lll dərəcəli diplomlarla mükafatlandırılıb.
Qeyd edək ki, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının lll tədris ili tələbəsi Könül Salahova, “Məktəbəqədər təlim və tərbiyə” ixtisasının üçüncü tədris ili tələbəsi Zümrüd Ağayeva I, “İbtidai sinif müəllimliyi” ixtisasının birinci tədris ili tələbəsi Güləbətin Əzimova, “Məktəbəqədər təlim və tərbiyə” ixtisasının ikinci tədris ili tələbəsi Tubu Əlizadə II, “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının dördüncü tədris ili tələbəsi Elvin Mabudlu, “Xarici dil müəllimliyi-ingilis dili” ixtisasının birinci tədris ili tələbəsi Süleymanlı Elnarə III yerə layiq görülüblər.
“Riyaziyyat və informatika müəllimliyi” ixtisasının l tədris ili tələbələri Gülay Abdurahmanlı, Nigar Davudova, “Məktəbəqətər təlim və tərbiyə” ixtisasının lll tədris ili tələbəsi Zinyət Elməddinzadə müsabiqədə fəal iştirakına görə Fəxri Fərmanla təltif ediliblər.