Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması uğrunda gedən müharibədə qəhrəmancasına döyüşərək Şəhidlik zirvəsinə ucalan Vətən oğullarının xatirəsi xalqımız tərəfindən daim böyük hörmət və ehtiramla yad edilir. Müharibənin ilk günündən Ali Baş Komandanın qələbəyə inamlı çağırışı qəhrəman xalqımızı öz rəhbəri ətrafında bir yumruq kimi birləşdirdi. İğid oğullarımız bir an belə düşünmədən Vətən yolunda canlarını qurban verdilər. Qazandığımız bu böyük qələbənin əldə edilməsində müstəsna rolu olan şəhidlərimizin əziz xatirəsi hörmətlə yad edilir, məzarları ziyarət olunur.
Dekabrın 2-də Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə İcra Hakimiyyəti nümayəndələri, Vətən müharibəsi qaziləri və ADPU-nun Şəki filialının tələbələri də Şəhidlər xiyabanında olub, qəhrəman Vətən oğullarının məzarlarını ziyarət edərək, tər çiçəklər düzüblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!