- Details
- Dərc edilib: 14 Aprel 2025
- Oxunma sayı: 1263
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Xəzər İntellektual Gənclər Klubu və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ADPU THİK) təşkilatçılığı ilə mart ayından start verilən “Nə? Harada? Nə zaman?” formatında “Tələbələrarası Azərbaycan kuboku-2025” yarışmasının II turu keçirilib. Yarısmaya qatılmaq məqsədilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Karyera mərkəzinin təşkilatçılığı ilə komandalararası seçim turu keçirilib. Aprelin 12-də keşirilən II turda 78 nəfərdən ibarət 13 komanda iştirak edib. Yarış filialın Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri baş müəllim Günel Əliyevanın rəhbərliyi ilə təşkil edilib. Yarışın nəticəsinə görə, “Barbarossa” və “Gladio” komandaları bərabər xal toplayaraq yarışın qalibi olublar.
Qeyd: Növbəti mərhələ 03.05.2025 tarixində keçiriləcək