Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının cari tədris ili üzrə məzunu Sənan Atlızadə iyulun 10-da keçirilən müəllimlərin işə qəbulu (MİQ) imtahanında iştirak edib və yüksək nəticə göstərib. İmtahana tarix ixtisası üzrə qatılan Sənan 91.25 bal toplayıb. Coğrafiya fənni üzrə respublika olimpiadasının qalibi olan S. Atlızadə filialda təhsil aldığı illərdə həmişə yüksək nailiyyətləri, elmə marağı ilə fərqlənib. Məzunumuzu təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.