- Details
- Dərc edilib: 05 Dekabr 2025
- Oxunma sayı: 26
Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatının və Şəki Uşaq Gənclər Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ildönümü münasibətilə Şəki şəhər Uşaq Gənclər İdman Şahmat məktəbində partiya üzvləri arasında şahmat turniri keçirilib. Yarışda Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının əməkdaşı Əlican İsmayılov, “Riyaziyyat və informatika müəllimliyi” ixtisasınin tələbəsi Abuzər Babayev, “Tarix və coğrafiya müəllimliyi” ixtisasının tələbəsi Xəzər Qədirov da iştirak ediblər.
29 nəfərin iştirak etdiyi turnirdə filialın tələbəsi Xəzər Qədirov lll yerə layiq görülüb. Qaliblərə diplomlar və xatirə hədiyyələri təqdim olunub.
