- Details
- Dərc edilib: 22 Aprel 2026
- Oxunma sayı: 386
Aprelin 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə təhsildə rəqəmsal transformasiyanın ən aktual mövzularına həsr olunmuş elmi praktiki seminar baş tutub. Seminarın spikeri Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi, “Microsoft Certified Educator” beynəlxalq sertifikatlı təlimçi Ulduz Əbdürrəhimova olub. Təlimçi "Ədalətli və etik süni intellekt: təhsildə balans necə qorunur?" mövzusunda təqdimat edərək, süni intellektin etik tərəfləri ilə yanaşı, onun praktik təhsil alətləri vasitəsilə dərslərə inteqrasiyası yollarını iştirakçılara nümayiş etdirib. Təlim zamanı müasir dövrdə müəllimlər üçün vacib olan NotebookLM, Canva, LearningApps, Kahoot, MagicSchool və ChatGPT kimi platformaların dərslərin planlaşdırılması, interaktiv materialların hazırlanması və şagird nailiyyətlərinin analizində istifadə qaydaları ətraflı izah olunub. Tədbir həm nəzəri etik çərçivələrin müzakirəsi, həm də rəqəmsal alətlərin tətbiqi baxımından iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.
