- Details
- Dərc edilib: 21 Aprel 2026
- Oxunma sayı: 361
Aprelin 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının Karyera mərkəzinin təşkilatçılığı ilə müəllim və tələbələrin Şəki şəhər Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub. Ekskursiya zamanı mərkəzin əməkdaşı Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu, çoxşaxəli siyasi fəaliyyəti, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində gördüyü misilsiz işlər, fotoşəkillər, sənədlər və digər eksponatlar haqqında geniş məlumat verib. Daha sonra iştirakçılar “Şəhərsalma və Memarlıq ili”nə həsr olunmuş, Şəki rəssamlarının əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar. Sərgidə nümayiş olunan, qədim Şəkinin tarixi memarlıq abidələri, milli irsimiz, təbiət mənzərələri və mədəni dəyərlərimizi əks etdirən rəngarəng əsərlər haqqında ətraflı məlumat verilib.
