- Details
- Dərc edilib: 21 Oktyabr 2026
- Oxunma sayı: 28
Oktyabrın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında ADPU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Cəmilə Qurbanova və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə filial rəhbərliyi və tələbələr iştirak ediblər. ADPU-nun Şəki filialının direktoru dosent Vurğun Məmmədov qonaqları salamlayaraq, tələbələrin hərtərəfli inkişafı, sosial rifahının yaxşılaşdırılması və təhsil nailiyyətlərinin dəstəklənməsi istiqamətində əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Daha sonra Cəmilə Qurbanova rəhbərlik etdiyi komitənin fəaliyyəti, həyata keçirilən layihələr, tələbələrin hüquq və mənafelərinin qorunması, onların sosial müdafiəsi və gənclərin təşəbbüslərinin dəstəklənməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. O, tələbələrin ictimai həyatda fəallığının artırılmasının, onların təhsil uğurlarının qiymətləndirilməsinin və gənclərlə işin səmərəli təşkilinin vacibliyini qeyd edib. Görüşdə tələbələrin maraqlarının qorunması, onların sosial məsələlərinin diqqətdə saxlanılması və iki qurum arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Tədbir çərçivəsində yüksək akademik göstəriciləri ilə fərqlənən 10 tələbə mükafatlandırılıb. Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən tələbələrə hədiyyələr təqdim olunub. Bu təşəbbüs tələbələrin təhsil nailiyyətlərinin stimullaşdırılması, onların uğurlarının qiymətləndirilməsi və gələcək fəaliyyətlərinə motivasiyanın artırılması baxımından əhəmiyyət daşıyıb. Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçib və ADPU-nun Şəki filialı ilə Tələbə Həmkarlar İttifaqı Komitəsi arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətli olub.
