- Details
- Dərc edilib: 16 May 2025
- Oxunma sayı: 200
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında 15 may - Beynəlxalq Ailə Gününə həsr olunmuş “Milli ailə dəyərlərimiz mənəvi sərvətimizdir” adlı elmi diskurs keçirilib. Tədbirdə filialın professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Tədbirdə p.ü.f.d., dos.Nuralı Çələbiyev “Qloballaşan dünya və milli ailə modelində transformasiyalar”, sos.ü.f.d., baş müəllim İbrahim Abdulsəlimli “Gənc ailələrdə qərar qəbuletmə modelləri”, baş müəllim Kəmalə Ramazanova “Ənənələrə hörmət və yeni çağırışlar” və baş müəllim Aygül Salamova “Psixoloji sağlam ailə modeli: ənənəvi dəyərlərlə harmoniya” mövzularında təqdimatlarla çıxış ediblər.
Tədbirin sonunda geniş fikir mübadiləsi aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.