- Details
- Dərc edilib: 23 İyun 2022
- Oxunma sayı: 12361
21-22 iyun 2022-ci il tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Müasir təlim texnologiyalarına və beynəlxalq təcrübəyə əsaslanan yeni məzmunlu təhsilin Azərbaycan Dövlət Pedaqoji Universitetində tətbiqi” qrant layihəsi çərçivəsində “Ümumi təhsil müəssisələrində STEAM fənninin tədrisinin təkmilləşdirilməsi” istiqaməti üzrə “STEAM dərsləri” adlı təlim keçirilib. Təlimdə ADPU-nun Şəki filialından, eləcə də Şəki şəhərinin ümumtəhsil məktəblərindən olmaqlaa, ümumilikdə 40-a yaxın müəllim iştirak edib. Təlimləri ADPU-nun Keyfiyyətin təminatı şöbəsinin rəhbəri fiz.ü.f.d., dos. Qalib Şərifovun rəhbərliyi altında təlimçilər həyata keçiriblər. “STEAM dərslərinin təşkili”, “Layihə əsaslı öyrənmə”, “Problem əsaslı öyrənmə”, “Araşdırma əsaslı öyrənmə”, “STEAM dərslərinin qiymətləndirilmə meyarları” kimi mövzular iştirakçıların marağına səbəb olub. Təlim boyunca təlimçilər praktik məşğələ və qrup işləri həyata keçirərək, iştirakçıları 3D printer və bir sıra avadanlıqlardan yerində istifadə qaydaları ilə tanış ediblər. Qrup işlərinin sonunda iştirakçılar öz STEAM dərsi üçün hazırladıqları layihə ideyalarını təqdim ediblər.