https://www.facebook.com/ShekiSIH/posts/pfbid02fhftJwBebY73eXBFUb3MyAJ4Q5FCsd5ccR3D9sRxyqxv2zZdjprMdJafKqeE1F8Jl

https://www.facebook.com/ShekiSIH/posts/pfbid023vTgFqiBieVXSKTDZLYWsBuPyYLD5TrKyea6rdKLfnpqtKQBaEKRvv8BA9Dq8BVfl

https://www.facebook.com/ShekiSIH/posts/pfbid02AsmoX4JnM6QuvyENC4Sb3hJaVvvb2hUmBceJUBu7FVoQErKsC5LS3noLo6WTrVzzl

Güclü ordu hər bir dövlətin, hər bir xalqın təhlükəsizliyinin qarantıdır. Bu gün dünyada baş verən müxtəlif müharibə və münaqişələr bir daha təsdiqlədi ki, güclü ordusu olmayan dövlətlər, haqlı olsalar da, müstəqil siyasət yürütməkdə çətinlik çəkir və çox zaman sonda məğlub olurlar.
Azərbaycanda müasir ordu quruculuğunu xarakterizə edən başlıca amillərdən biri, bəlkə də, birincisi şəxsi heyətin döyüş əhval-ruhiyyəsinin hər zaman yüksək olmasıdır. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərlər etmiş, hərbçilərimizə daim diqqət və qayğı göstərmişdir. Bu görüşlər və göstərilən diqqət əsgər və zabitlərimizə böyük ruh yüksəkliyi bəxş etmişdir.
Bu gün Azərbaycan Ordusu müasir silahsursat, döyüş texnikası, şəxsi heyətin sayı və döyüş əzmi baxımından dünyanın mükəmməl hərb sənətinə malik bir çox ölkəsi ilə eyni cərgədə dayanır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz 2020-ci il sentyabrın 27-dən başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsini qələbə ilə başa vurmuşdur. Nəticədə, Şanlı Ordumuz ərazi bütövlüyümüzü bərpa etmiş, torpaqlarımız işğaldan azad olunmuş, düşmən üzərində parlaq qələbə qazanılmışdır. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbənin şahidi oldu. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər, Ağdam, Laçın və adıçəkilən rayonların 300-dən çox yaşayış məntəqəsi azad edildi. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir.
Aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, Ordumuzun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı. II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.