- Details
- Dərc edilib: 18 İyun 2022
- Oxunma sayı: 12544
Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən işğalçı və təcavüzkar kimi tanınıldı. Müharibə bitdikdən sonra hər kəs onların işğal zamanı hansı dağıntıları törətdiklərini gördü. İşğaldan azad olunan torpaqlarımızda ermənilər vandalizm aktları törədiblər. Qəbirlər qazılıb, insanların sümükləri çıxardılıb, məscidlər tövlə kimi istifadə edilib. Qarabağda demək olar bütün dini, maddi-mədəniyyət nümunələri ya dağıdılıb, ya da erməniləşdirilib. Ermənistan qoşunlarını çıxartmağa məcbur qaldığı ərazilərimizdə ekoloji cinayət törətməsi, təbii sərvətlərimizi talan etməsi faktları danılmazdır.Terrorçu dövlət olan Ermənistanın hərbi cinayətlərinin artıq sübuta ehityacı yoxdur. Bu vandalizm aktları azad olunan ərazilərin video və fotogörüntülərində aydın əksini tapıb.