- Details
- Dərc edilib: 18 Oktyabr 2024
- Oxunma sayı: 1187
Respublikamızın hər yerində olduğu kimi, Şəki rayonunda da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş silsilə tədbirlər davam edir.
İl çərçivəsində oktyabrın 17-də Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı növbəti ağacəkmə aksiyası keçirilib.
Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyinin, idarə və müəssisələrin kollektivlərinin, bələdiyyə üzvlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi aksiyada rayon ərazisində yerləşən magistral yolların kənarında minə yaxın şam ağacı əkilib. Ağacəkmə aksiyasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının əməkdaşları da iştirak ediblər.
Qeyd edək ki, “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində payız mövsümündə rayon ərazisində yaşıllıqların artırılması məqsədilə 11500 ədəd ağacın əkilməsi, həmçinin yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.