- Details
- Dərc edilib: 29 Aprel 2022
- Oxunma sayı: 12293
Aprelin 28-də ADPU-nun Şəki filialında tələbələr arasında fənn olimpiadaları keçirilib. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə keçirilən olimpiadada pedaqoji fakültə üzrə 49 nəfər, filologiya fakültəsi üzrə 87 nəfər olmaqla, ümumilikdə 136 tələbə iştirak edib. 90 dəqiqə davam edən olimpiadada iştirakçılar Azərbaycan dili, ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, informatika, ekologiya və təbiətin mühafizəsi, pedaqogika, psixologiya, ingilis dili, fransız dili fənləri üzrə təqdim olunmuş sual və tapşırıqları cavablandırıblar. Nəticələrə əsasən, qaliblərin I, II, III dərəcəli diplomlarla mükafatlandırılması nəzərdə tutulub.