- Details
- Dərc edilib: 10 Dekabr 2024
- Oxunma sayı: 1845
Dekabrın 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Dil gecəsi” keçirilib. Tədbirdə filialın Dillər və onların tədrisi texnologiyası kafedrasının professor-müəllim heyəti, Filologiya fakültəsinin rəhbərliyi və tələbələri iştirak ediblər. Tədbirin təşkilində məqsəd dil biliklərinin real həyatda tətbiqinə şərait yaradan vacib platforma kimi tələbələrin ingilis və fransız dili üzrə bilik, bacarıq və vərdişlərini daha da artırmaq, onların dildən praktik istifadə bacarıqlarını yaxşılaşdırmaqdan ibarət olub.
Filialın “Xarici dil müəllimliyi (İngilis dili üzrə)” və “Xarici dil müəllimliyi (Fransız dili üzrə)” ixtisaslarında təhsil alan tələbələr qrup səklində, xarici dilləri öyrənmənin inkişafına kömək edən əyləncəli aktivitelərlə çıxış edərək yarışıblar. Onlar rollu oyunlar, xarici dildə mahnı, dialoq və şeirlər təqdim edib, həm xarici, həm də milli rəqslərlə təddbirə xüsusi rəng qatıblar. Tədbir interaktiv və əyləncəli formada təşkil olunub. Tələbələrin ingilis və fransız dillərində təqdim etdikləri müxtəlif oyunlar, səhnəcik, şeir və mahnılar onların dil biliklərini praktikada tətbiqetmə bacarıqlarını göstərməklə yanaşı, ölkələrin ədəbiyyatı, musiqisi və ənənələri ilə tanış olmaq imkanı da qazandırıb.
Tədbirin sonunda Filologiya fakültəsinin dekanı dosent Ulduz Mürşüdova çıxış edərək, öz fikirlərini bildirib, tədbirin təşkilində rolu olan bütün müəllimlərə təşəkkür edib və tələbələrə uğurlar arzulayıb. Sonra müəllimlərdən ibarət münsiflər heyətinin qərarına əsasən, tədbirdə fəallığına görə İND2301 qrupunun tələbələri l, İND2101, FRD2401, FRD2301, FRD2101 qrupları ll, İND2201 və İND2202 qrupları lll, İND2401 və İND2402 qrupları isə həvəsləndirici yerə layiq görülüblər. Gecənin sonunda qruplara Fəxri Fərmanlar təqdim olunub.