- Details
- Dərc edilib: 21 Fevral 2025
- Oxunma sayı: 65
Fevralın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının Tələbə Gənclər Təşkilatının (TGT) idarə heyətinin iclası keçirilib. İclasda filialın TGT sədri Xədicə Abdurahmanlı çıxış edərək, qazanılan uğurlardan söz açıb, qarşıda duran vəzifələrdən bəhs edib. Filial tələbələrinin asudə vaxtlarının səmərəli təşkili, maraqlı tədbirlərin həyata keçirilməsi məqsədilə nəzərdə tutulan layihələr müzakirə edilib və müvafiq qərar qəbul olunub. TGT-nin idarə heyətində dəyişikliklərlə bağlı məsələ müzakirə edilib və heyətə yeni seçilmiş üzvlər təqdim olunub. İclasın sonunda filialın Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən müxtəlif nominasiyalar üzrə mükafatlandırılan tələbələrinə Fəxri Fərman təqdim olunub.