- Details
- Dərc edilib: 04 May 2026
- Oxunma sayı: 73
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “Xəzər İntellektual Gənclər Klubu” və “Consensus” Təlim və Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Nə? Harada? Nə zaman?” oyunu üzrə II Tələbələrarası Azərbaycan Kuboku çərçivəsində II turun yarışları baş tutub.Yarışda iştirak məqsədilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Karyera mərkəzinin təşkilatçılığı ilə əvvəlcədən komandalararası seçim turu keçirilib. Mayın 2-də təşkil olunan II turda ümumilikdə 90 nəfərdən ibarət 15 komanda iştirak edib.Tədbirin təşkilində filialın Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) üzvləri fəal iştirak edib, yarışın yüksək səviyyədə keçirilməsinə dəstək göstəriblər.Yarışın nəticələrinə əsasən, “Barbarossa” komandası ən yüksək nəticə göstərərək II turun qalibi olub. “Retro Futura”, “Otan” komandalarınin hər biri 8, “Hogwarts” komandası isə 7 bal ilə növbəti pillələrdə qərarlaşıblar. Qeyd edək ki, yarışın növbəti mərhələsinin may ayının 17-də keçirilməsi planlaşdırılır.
