- Details
- Dərc edilib: 07 Mart 2025
- Oxunma sayı: 160
Martın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında tələbələr arasında ADPU-nun təşkilatşılığı ilə həyata keçiriləcək İELTS imtahanına seçim mərhələsi ilə bağlı məlumat sessiyası keçirilib. Sessiyada Karyera Mərkəzinin müdiri Xuraman Həmidova çıxış edərək İELTS imtahanından keçən hər bir kəsin əldə etdiyi beynəlxalq dil sertifikatının tələblərin gələcək karyeralarına müsbət təsiri haqda məlumat verib. Keyfiyyətin təminatı şöbəsinin müdiri, Dillər və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Nərminə Nəsrullayeva tələblərə dil bacarıqlarının həyati əhəmiyyətindən, İELTS imtahanının mərhələlərindən, əldə olunan sertifikatın magistratura səviyyəsinə xaricdə və ölkənin müxtəlif prestijli ali təhsil müəssisələrinə qəbul zamanı əhəmiyyətindən danışıb. Eyni zamanda o, ADPU-nun həyata keçirdiyi layihənin təşkili qaydalrı haqda tələbələrə məlumat verib. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.