Martın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş intellektual oyun keçirilib. Yarışda filialın müxtəlif ixtisaslarında təhsil alan 62 nəfər tələbədən ibarət 11 komanda iştirak edib. Üç mərhələdən ibarət yarışın nəticələrinə görə, “Venera” komandası birinci, “Xürrəmilər” komandası ikinci, “Chivas Regal” komandası üçüncü yerə sahib olub. Qalib komandalar l, ll, lll dərəcəli diplomlarla təltif olunublar.