- Details
- Dərc edilib: 28 Fevral 2025
- Oxunma sayı: 41
Fevralın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Məktəbəqədər təhsil” ixtisasında proqram akkreditasiyasının keçirilməsi məqsədilə yaradılmış komissiyanın növbəti iclası keçirilib. İclasda filialın direktoru dos. Vurğun Məmmədov və komissiyanın üzvləri iştirak ediblər. Əvvəlcə filialın direktoru dos. Vurğun Məmmədov çıxış edərək proqram akkreditasiyasına hazırlıq məqsədilə qarşıda duran vəzifələrdən danışıb. Sonra Keyfiyyətin təminatı şöbəsinin müdiri b.m. Nərminə Nəsrullayeva komissiyanın hazırlayacağı özünütəhlil hesabatı ilə bağlı gorülmüş işlər haqqında məlumat verib. İclasda mövcud vəziyyət, görülməli işlər geniş müzakirə olunub və müvafiq qərar qəbul edilib.
Qeyd edək ki, filialda “Məktəbəqədər təhsil” ixtisası üzrə proqram akkreditasiyasının cari ilin may ayında keçirilməsi nəzərdə tutulur.