- Details
- Dərc edilib: 13 May 2024
- Oxunma sayı: 3445
ADPU-nun Şəki filialının direktoru dos.Vurğun Məmmədovun 04 aprel 2024-cü il tarixli 02/81 saylı əmrinə əsasən filialın tələbələri arasında müxtəlif fənlər üzrə keçirilmiş olimpiadaya yekun vurulub. Olimpiadanın nəticələrinə görə, “Xarici dil müəllimliyi (fransız dili üzrə)” ixtisasının III tədris ilinin tələbəsi Rəvanə Vasif qızı Mustafayeva fransız dili fənni üzrə ən yüksək nəticəni göstərərək, 96 balla birinci, eyni fənn üzrə həmin ixtisasın IV tədris ilinin tələbəsi Nəzrin Akif qızı Rəhimli 90 balla ikinci, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının I tədris ilinin tələbəsi Yetər Vüqar qızı Mustafayeva Azərbaycan dili fənni üzrə 90 balla ikinci, “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” ixtisasının II tədris ilinin tələbəsi Aytac Taleh qızı Kərimova ingilis dili fənni üzrə 88 balla üçüncü, “İbtidai sinif müəllimliyi” ixtisasının II tədris ilinin tələbəsi Əfsanə Elxan qızı Aliyeva həyat bilgisi fənni üzrə 88 balla üçüncü yeri qazanıblar. 70-dən yuxarı bal toplayan 8 nəfər olimpiada iştirakçısı isə həvəsləndirici yerə layiq görülüb.
Qeyd edək ki, olimpiadada ümumilikdə 93 nəfər tələbə iştirak edib. Onlardan 19 nəfər Azərbaycan dili, 12 nəfər Azərbaycan tarixi, 1 nəfər Azərbaycan coğrafiyası, 7 nəfər ədəbiyyat, 10 nəfər riyaziyyat, 8 nəfər informatika, 1 nəfər pedaqogika, 2 nəfər psixologiya, 24 nəfər ingilis dili, 8 nəfər fransız dili, 1 nəfər həyat bilgisi fənni üzrə olimpiadaya qatılıb.
Olimpiadada ən yüksək nəticə göstərən tələbələrin filial rəhbərliyi tərəfindən müvafiq dərəcəli diplomlarla təltif edilməsi nəzərdə tutulub.