- Details
- Dərc edilib: 09 May 2024
- Oxunma sayı: 3551
Bu gün səhər saatlarında aldığımız bu ağir xəbər bütün Şəki ictimaiyyətini, ziyalıları çox sarsıtdı. Şəki Şəhər İcra hakimiyyətinin başçısının müavini, tarix üzrə fəlsəfə doktoru, dəyərli ziyalı Zərinə Cavadova aramızdan getdi. Təkcə əzizləri üçün yox, Səki üçün, Azərbaycan üçün ağır itki oldu. Yaşadığı bu qısa ömür payında neçə-neçə gənci öz ziyası ilə nurlandırdı. Şəkidə ali məktəb açıldığı ilk illərdən burada fəaliyyət göstərən, müxtəlif vəzifələrdə çalışan Zərinə xanım gözəl müəllim kimi tələbələrinin yaddaşında əbədi yer qazandı. Sadə, səmimi insan, yaxşı yoldaş idi. Həyatın bütün çətinliklərinə mərdliklə sinə gərən, əsl Azərbaycan qadını idi. Şən, şux zarafatları, duzlu-məzəli söhbətləri ilə hamının könlünü almağı bacarırdı. Gözəl təşkilatçı idi. Görduyü işdə qüsur tapmaq mümkün deyildi. Gözəl alim, mükəmməl natiq idi. Nitqini saatlarca dinləyən yorulmaq bilməzdi. Ölümü hamı bir gün dadacaq. Amma Zərinə xanımın ölümü çox tez oldu, vaxtsız oldu, heç yaraşmadı ona. Onun yoxluğunu hamımız, həmişə, hər yerdə hiss edəcəyik. Kədərlə, təəssüflə, ürək yanğısı ilə... Allah rəhmət eləsin. Məkanı cənnət olsun. Yaxınlarına, əzizlərinə səbir diləyirik.