- Details
- Dərc edilib: 24 Sentyabr 2026
- Oxunma sayı: 53
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının rəhbərliyi və bir qrup əməkdaşı ölkəmizin ərazi bütövlüyünün təmin olunması və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan Nicat İmamverdiyevin ailəsini ziyarət ediblər. Ziyarət zamanı Şəhidin atası Məhərrəm İmamverdiyev və anası Çimnaz İsmayılzadə Nicatın keçdiyi döyüş yolundan və təltiflərindən danışıblar. Qeyd edilib ki, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında və müharibədə qazandığımız qələbədə şəhidlərimizin rolu danılmazdır və xalqımız onların adını daim uca tutacaq, əziz xatirələrini hər zaman yad edəcək. Məhərrəm İmamverdiyev şəhid ailələrinə göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib və qonaqlara ziyarətə görə təşəkkür edib.
