- Details
- Dərc edilib: 02 Mart 2026
- Oxunma sayı: 19
Fevralın 28-də Şəki şəhərində şəhid mayor Aqşin Abdullayevin xatirəsinə həsr olunan “Səssiz addımların qəhrəmanı” adlı anım tədbiri təşkil olunub. Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin, şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin dəstəyi, Şəki şəhər Heydər Əliyev Mərkəzinin və M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən “Narınqala” şəhər Folklor evinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhər icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, YAP Şəki şəhər təşkilatının, Regional Mədəniyyət və Təhsil idarələrinin məsul şəxsləri, şəhid ailələrinin üzvləri, qazilər, dövlət qurumlarının nümayəndələri, mədəniyyət və təhsil işçiləri, hərbçilər, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının müəllim və tələbələri iştirak ediblər.
Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər şəhid mayor Aqşin Abdullayevin şərəfli döyüş yolundan, qəhrəmanlığından söz açıb, onun Vətənə, torpağa bağlılığından, dövlətə sadiqliyindən bəhs ediblər.
Vurğulanıb ki, Aqşin vətənpərvərliyi ilə gənc nəsil üçün əsl nümunədir. Onun xatirəsi daim qəlblərdə yaşayacaq və göstərdiyi qəhrəmanlıq heç zaman unudulmayacaq.
Tədbirdə vətənpərvərlik ruhunda musiqi nömrələri səsləndirilib, ədəbi-bədii kompozisiyalar, rəqslər təqdim edilib.
