Aprelin 20-də  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının Karyera mərkəzinin təşkilatçılığı ilə müəllim və tələbələrin  Şəki şəhər Heydər Əliyev  Mərkəzinə ekskursiyası təşkil olunub. Ekskursiya zamanı mərkəzin əməkdaşı Ümummilli  Lider  Heydər  Əliyevin zəngin həyat yolu, çoxşaxəli siyasi  fəaliyyəti, Azərbaycan dövlətçiliyinin  möhkəmləndirilməsi istiqamətində gördüyü misilsiz  işlər, fotoşəkillər, sənədlər və digər eksponatlar haqqında geniş məlumat verib. Daha sonra iştirakçılar  “Şəhərsalma və  Memarlıq ili”nə həsr olunmuş,  Şəki  rəssamlarının əl işlərindən ibarət  rəsm sərgisi ilə tanış olublar. Sərgidə nümayiş olunan, qədim Şəkinin tarixi memarlıq abidələri, milli irsimiz, təbiət mənzərələri və mədəni dəyərlərimizi  əks etdirən rəngarəng əsərlər haqqında ətraflı məlumat verilib.