- Details
- Dərc edilib: 05 Mart 2025
- Oxunma sayı: 36
Martın 4-də Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının təşəbbüsü, Tələbə Elmi Cəmiyyəti və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə forum keçirilib. Forumun keçirilməsində məqsəd gənclər arasında peşəkar əlaqələrin qurulmasına və şəbəkələşməyə dəstək olmaq, kollektiv fəaliyyəti gücləndirmək, birgə təşəbbüslərdə iştirakı və ortaq layihələrin icrasını stimullaşdırmaq, təşkilatların yeni və enerjili üzvlərlə gücləndirilməsini təmin etmək, regionda mövcud olan gənclər təşkilatlarının və gənclərlə işləyən qurumların məqsəd və fəaliyyətləri, onların gənclərin inkişafındakı rolu barədə maarifləndirmə işi aparmaq olub. Forumda Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının Karyera mərkəzinin müdiri və tələbələri də iştirak ediblər. Tədbiri Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının tədris və elmi işlər üzrə direktor müavini dosent Həqiqət Qədimova açaraq qonaqları salamlayıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ümummilli Lider Heydər Əliyevin, Vətənin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi sükutla yad edilib. Tədbirdə layihə rəhbəri Günay Mirzəyeva, Tələbə Elmi Cəmiyyətinin sədr müavini Cavidan Həzizadə, STEAM Azərbaycanın əməkdaşı və karyera məsləhətçisi Müşfiq Tarıverdiyev, "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin Mingəçevir Dövlət Universiteti üzrə koordinatoru Qorxmaz Rəhimli, “SİRR Academy” Təlim-tədris mərkəzinin rəhbəri təlimçi Samir Zamanov, Balakən Gənclər Evinin əməkdaşı Osman Əliyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəki-Zaqatala regional nümayəndəliyinin koordinatoru İlkin Həbilov tərəfindən maarifləndirici təlimlər keçirilib və iştirakçıların sualları cavablandırılıb.