- Details
- Dərc edilib: 05 Mart 2025
- Oxunma sayı: 33
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında bakalavriat səviyyəsi üzrə kadr hazırlığı aparılan ixtisasların buraxılış kurslarının tələbələri artıq təcrübəyə başlayıblar. Əsasnaməyə uyğun olaraq, iki mərhələdə keçirilməsi nəzərdə tutulan təcrübənin tədris təcrübəsi mərhələsi filialda uğurla davam edir. Təcrübənin səmərəli təşkilinə nail olmaq üçün ixtisas metodistləri, pedaqoq və psixoloqlar dərslərin gedişi prosesində mütəmadi olaraq nəzəri-metodik tövsiyələr verir, nümunə dərslərinə hazırlıq məqsədilə lazım olan işləri həyata keçirirlər. Tələbələrin hazırladıqları dərs nümunələri geniş müzakirə edilərək təhlil olunur, müvafiq meyarlar əsasında qiymətləndirilir və onlara lazımi tövsiyələr verilir.