- Details
- Dərc edilib: 05 Mart 2025
- Oxunma sayı: 33
Martın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Tələbə -könüllü” təcrübə proqramı ilə bağlı müraciətlərə baxılma məqsədilə yaradılan komissiyanın iclası keçirilib. İclasda filialın müxtəlif ixtisaslarında təhsil alan tələbələr tərəfindən təqdim edilən müraciət formalarına baxılıb və müzakirə edilib.
Qeyd edək ki, təcrübə proqramına qoşulmaq məqsədilə 17 nəfər tələbə müraciət edib. Komissiyanın qərarına əsasən 10 müraciət məqbul sayılıb və həmin tələbələrin müsahibəyə dəvət edilmələrinə dair qərar qəbul olunub.
Müsahibənin martın 10-da saat 15:00-da keçirilməsi nəzərdə tutulur.