- Details
- Dərc edilib: 07 Mart 2025
- Oxunma sayı: 168
Martın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Keyfiyyət komissiyasının növbəti iclası keçirilib. İclası komissiyann sədri dosent Gülarə Abdullayeva açaraq gündəlikdə duran məsələləri komissiya üzvlərinin diqqətinə çatdırıb və məsələlərin vacibliyini vurğulayıb. Diqqət mərkəzində olan məsələlərdən biri yeni təhsil proqramlarının hazırlanmsı üçün işçi qrupun üzvləri arasında iş bölgüsünün aparılması olub. İşçi qrupun üzvləri olan əməkdaşlara ixtisaslar üzrə təhsil proqramlarının yenilənməsinə dair təkliflərini hazırlamaq tapşırılıb. Eyni zamanda iclasda ADPU-nun yenilənmiş Strateji inkişaf planı müzakirə olunub və planda təqdim olunan yeniliklərin Elmi Şuranın qərarı ilə filialın Strateji inkişaf planında nəzərə alınması vurğulanıb.Sənədə əlavə olaraq təqdim olunan siyasət sənədlərinin filiala uyğunlaşdırılması qeyd olunan istiqamətlər üzrə məsul şəxslərə tapşırılıb. Açıq dərslərin vahid qiymətləndirilmə meyarları haqda Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri professor Firədun İbrahimov çıxış edərək vahid meyarların filialın ümumi məqsədinə xidmət edəcəyini və kafedralar arasında əməkdaşlığı, məlumat mübadiləsini artıracağını qeyd edib. Tələbələrin qeydiyyatı və dövlət nümunəli sənədlərlə iş şöbəsinin müdiri Səmra Rəsulova-Süleymanova son 5 il müddətində filialdan xaricolunanlar, bərpa edilən və köçürülən tələbələrin qeydiyyatı ilə bağlı hesabatla çıxış edib. Sonda filialın inzibati və tədris-köməkçi heyətinin qiymətləndirilməsi ilə bağlı meyarlar müzakirə olunub. İclasda müzakirə edilən məsələlərin hər biri ilə bağlı müvafiq qərar qəbul edilib.