- Details
- Dərc edilib: 18 Mart 2025
- Oxunma sayı: 62
Martın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Növruz bayramı münasibətilə “Bahar çələngi – Novruz ənənələri” adlı tədbir keçirilib. Tədbirdə filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə filialın direktoru dosent Vurğun Məmmədov açaraq, bütün kollektivi Novruz bayramı münasibətilə təbrik edib. Natiq çıxışında Novruz bayramının milli-mənəvi dəyərlərimizdən biri, bərəkətin, bolluğun və qardaşlığın təcəssümü olduğunu, tarixi köklərinin zəmanəmizdən min illərlə əvvələ, qədim Şərq sivilizasiyasına gedib çıxdığını, xalqımızın əsrlər boyu bu bayramı qeyd edərək, öz qədim adət-ənənələrini, milli kimliyini yaşatdığını vurğulayıb. Sonra filialın bir sıra əməkdaşlarına Fəxri Fərman təqdim edilib. Tədbirdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və təbliği məqsədilə filialın struktur bölmələri tərəfindən hazırlanmış Novruz xonçalarına baxış keçirilib. Novruzun atributlarını özündə cəmləşdirən ən yaxşı xonçanı hazırlayan struktur bölmələr diplom və hədiyyələrlə mükafatlandırılıb. Sonra tədbir tələbələrin hazırladıqları musiqili-bədii proqramla davam edib. Tələbələrin ifasında mahnı və rəqslər, maraqlı oyunlar, Kosa və Keçəlin gəlişi tədbirə xüsusi rəng qatıb.