- Details
- Dərc edilib: 13 Oktyabr 2026
- Oxunma sayı: 16
Oktyabrın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Karyera mərkəzinin I tədris ili tələbələri ilə növbəti görüş keçirilib. Görüşdə Humanitar fakültənin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” və “Təhsildə sosial-psixoloji xidmət” ixtisasları üzrə tıhsil alan tələbələri iştirak ediblər. Tədbiri Karyera mərkəzinin müdiri Xuraman Həmidova açaraq tələbələri salamlayıb, mərkəzin fəaliyyət istiqamətləri, tələbələr üçün yaradılan imkanlar, əmək bazarına inteqrasiya və peşəkar inkişaf yolları haqqında ətraflı məlumat verib. O, tələbələrin universitet həyatına uyğunlaşmasının, təhsil müddətində bilik və bacarıqlarını inkişaf etdirmələrinin, eləcədə gələcək karyera planlarını düzgün müəyyənləşdirmələrinin vacibliyini vurğulayıb. Həmçinin tələbələrə gələcək gələcək peşə fəaliyyətlərində uğur qazanmaları üçün tövsiyələr verib, karyera quruculuğunda fəallığın, davamlı öyrənmənin və şəxsi inkişafın əhəmiyyətini diqqətə çatdırıb. Görüş zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb. Belə görüşlərin keçirilməsin tələbələrin universitet mühitinə uyğunlaşmasına, gələcək peşə fəaliyyəti barədə məlumatlılığın artırılmasına və karyera istiqamətlərinin müəyyənləşdirilməsinə mühüm töhvə verir.
